Azərbaycana 1, Ermənistana 5 hərbi əsir qaytarıldı

23:34 09.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan arasında növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirilib.

Hafta.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.

General deyib ki, təyyarə ilə 1 əsir Ermənistandan Bakıya, 5 əsir isə Azərbaycandan İrəvana çatdırılıb.